İstanbulda Heydər Əliyev günü

Mayın 12-də İstanbulun Grand Hyatt otelində TEKSADın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Mayın 12-də İstanbulun Grand Hyatt otelində TEKSADın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.Tədbir Heydər Əliyevə həsr olunmuş fotosərgi ilə başladı.
Ulu Öndərin xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan və Türkiyyənin himnləri səsləndikdən sonra, tədbiri TEKSADIN başkanı Samir Xəlilov açıb. O Azərbaycan və Türkiyyənin dostluq münasibətlərinin inkişafı üçün əvəzsiz xidmətlər göstərmiş Heydər Əliyevin keçdiyi həyat yolundan danışıb.
Sonra   Heydər Əliyevin həyatından bəhs edən sənədli film izlənildi.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasınin Baş Katibi Asəf Hacıyev, Türkiyə Böyük Millət Məclisinin Millət Vəkili Şamil Ayrım, İSTAD Dərnəyi Başkanı Səfər Qaraqoyunlu, araşdırmaçı yazar, UNESCO UPSD üzvü rəssam Əkbər Yaşılyurt,  İstanbul Azərbaycan Dostluq dərnəyinin Başkanı Dr. Xuraman Ağasoy, jurnalist, yazıçı Dr. Mais Əlizadə çıxış edərək Heydər Əliyevin həyat yolundan, onun Azərbaycan və Türk Dünyası üçün əhəmiyyətindən, fərqli zamanlarda Ümummilli Liderin həyatlarına göstərdiyi təsirdən danışdılar.  
Tədbirin sonunda tədbir iştirakçiları birlikdə foto çəkdirdilər.
Tədbirə dəstəyi Grand Hyatt İstanbul Oteli, və şəxsən otelin Baş Müdürü Rüfət Babayev gostərmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31