Azərbaycanın qonşuluğunda DƏHŞƏTLİ SAVAŞA DOĞRU: Müharibə elanına bərabər BƏYANAT
12 May 2019 19:16 SiyasətVaşinqton konkret güc hərəkətlərinə təşəbbüs edərsə, İran ABŞ-ın başına zərbə endirəcək.
"RİA-Novosti" xəbər verir ki, bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun briqada generalı Əmir-Əli Hacızadə bildirib.
O qeyd edib ki, Amerika hərbçilərinin regionda olması ciddi təhlükə təşkil edirdi, ancaq indi, təhlükə imkana çevrilib.
Bir həftə əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib ki, Birləşmiş Ştatlar İran sahillərinə "Avraam Linkoln" təyyarədaşıyan zərbəçi qrupunu və operativ bombardmançılar qrupunu göndərir. Onun sözlərinə görə, bu, İran rejiminə aydın siqnal olacaq.publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31