“Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi ölkəmizin Avropa ilə təmasını sürətləndirir”
12 May 2019 18:55 SiyasətAvroliqa finalına ev sahibliyi və ümumilikdə bu tip tədbirlərin ölkəmizdə keçirilməsi bir çox qüvvələrin hiddətinə səbəb olur. Azərbaycanın beynalxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ölkəmizin Avropa ilə daha təmasını sürətləndirir. Bu isə təbii ki, qərbdəki bir çox qüvvələrin xoşuna gəlmir və onları hərəkətə gətirir. Burada erməni lobbisidə xüsusi rol oynayır.
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Zeynal Əmrəliyev deyib.
O bildirib ki, beynəlxalq ictimaiyyətdə Avroliqa finalının Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar: "Bu mülahizələr mənasız və ikili yanaşmanın təzahürüdür. Belə mülahizələrə heç bir əsas yoxdur. Çünki ölkəmiz bir çox mötəbər idman yarışlarına ev sahibliyi edib. Digər mühüm beynəlxalq turnirlər və tədbirlər yüksək səviyyədə təşkil olunub, şəhərimizə gələn idmansevərlər ölkəmizdən xoş təəssüratlarla ayrılıblar".