Avroliqa finalı anti-Azərbaycan qüvvələri narahat edir

"Futbol dünyada ən çox sevilən və baxılan idman növlərindən biridir. Bu mənada may ayının 29-da bütün dünyanın gözü Bakı Olimpiya Stadionunda olacaq. Bir fakt var ki, Azərbaycan bir çox genişmiqyaslı yarışlara ev sahibliyi edib. Avropa liqasının final oyununun da yüksək səviyyədə təşkil ediləcəyinə şübhəmiz yoxdur. Anti- Azərbaycan qüvvələrin əsas narahat olduğu məsələ Azərbaycanın bu böyük yarışa ev sahibliyi etməsi ilə yanaşı, Arsenal klubunun futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyi ilə bağlıdır."

Bu fikirləri Olaylar.az-a siyasi ekpert Rusif Məmmədsoy deyib.

O bildirib ki, "AFFA"nın verdiyi bəyanatdanda bəlli olduğu kimi erməni futbolçunun gəlməsində elə bir problem yoxdur və təhlükəsizliyinə təminat verilir: "İstənilən halda bu cür yüksək səviyyəli oyunların Azərbaycanda keçirilməsi erməni lobbisini fəallaşdırır və təxribatlar artır. Ermənistan nəinki bu cür yarışlarda iştirak edir, eyni zamanda qonşuluqdakı iqtisadi layihələrdə belə iştirak edə bilmir. Bu səbəbdən də bu cür çıxışlar normal və mənbəyi bəlli çıxışlardır.  Düşünürəm ki, bu cür yarışlarla ölkədə futbolun inkişafına şərait yaratmaqla yanaşı, beynəlxalq arenada da güvəni artırır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31