İstanbulda ulu öndərin əziz xatirəsi anılıb- FOTOLAR
İstanbulda ulu öndərin əziz xatirəsi anılıb
10 May 2019 13:23 SiyasətMayın 10-da İstanbul Kireçburnunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev, İstanbul Sarıyer bələdiyyə başçısı Şükrü Gənc, elm və incəsənət xadimləri, ali və hərbi təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr, İstanbulda yaşayan Azərbaycan icmasının qabaqcıl nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları Ulu Öndərin Sarıyerdə ucalan abidəsinə əklillər və gül-çiçək qoyublar .
Xəbəri "OLAYLAR"ın Türkiyə bürosu yayıb.
Mehdi Səlimov

.jpg)



.jpg)



.jpg)



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31