Avropa Şurasının nümayəndə heyəti Ombudsman Aparatında – NƏ BAŞ VERİR?

Avropa Şurasının nümayəndə heyəti Ombudsman Aparatında – NƏ BAŞ VERİR?

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycan Respublikasının Avropa Şurasına (AŞ) üzv qəbul edildikdən sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olan AŞ Katibliyinin Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. "Olaylar" xəbər verir ki, görüşə AŞ-nın Bakı ofisinin rəhbəri Zoltan Herneys və AŞ Katibliyinin nümayəndələri də qatılıb. Müvəkkil bildirib ki, 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilməklə Azərbaycan üzərinə bir sıra öhdəliklər götürmüş, bu öhdəliklərin icrası yalnız AŞ ilə əməkdaşlıq naminə deyil, eyni zamanda dövlətimizin maraqları, onun demokratikləşdirilməsi, insan hüquqlarının daha etibarlı təmin edilməsi, ölkədə Avropa dəyərlərinin tam şəkildə bərqərar edilməsi üçün həyata keçirilir. O, sözügedən qurum qarşısında götürülən öhdəliklərdən biri kimi ölkədə ilk Ombudsman təsisatının yaradılması, çoxşaxəli fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri haqqında geniş məlumat verib.

Bununla yanaşı, öhdəlik götürülmüş "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının və onun protokollarının, Avropa Sosial Xartiyasının, İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında haqqında Avropa Konvensiyasının imzalanması və ratifikasiya edilməsi, milli qanunvericiliyin, o cümlədən seçki qanunvericiliyinin təkmilləşdirilməsi və yeni Seçki Məcəlləsinin qəbulu, Korrupsiyaya qarşı mübarizə haqqında qanun və Dövlət Proqramının qəbul edilməsi, Konstitusiya Məhkəməsinə sorğu vermək hüququnun təmini, söz azadlığının təmin edilməsi və bu sahələrdə vəziyyətin daha da təkmilləşdirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar diqqətə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31