Azərbaycan Yəmənə humanitar yardım göndərib

Azərbaycan Yəmənə humanitar yardım göndərib

Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibi Antonio Quterreşin üzv dövlətlərə ünvanladığı müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə bu ölkəyə humanitar yardım göstərilmişdir. XİN-dən "Olaylar"a verilən məlumata görə, sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulmuşdur.

Məlumat üçün bildirmək istərdik ki, BMT-nin hesablamalarına görə dünyanın ən acınacaqlı humanitar fəlakətin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. Ölkədə 3,3 milyon məcburi köçkün olmaqla əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31