Prezident 2 fərman imzaladı
7 May 2019 17:31 Siyasətlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda bildirilir:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 591 nömrəli və 10 aprel tarixli 620 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 15-ci hissəsində "221.9-cu" sözləri "221.9 - 221.11-ci" sözləri ilə əvəz edilsin.
***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda bildirilir:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 239; 2008, № 1, maddə 4, № 3, maddə 168, № 8, maddə 722, № 11, maddə 970; 2009, № 1, maddə 11, № 4, maddə 221, № 7, maddə 532, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 193, № 7, maddə 625; 2011, № 2, maddə 85, № 3, maddə 178, № 11, maddə 994; 2012, № 4, maddə 287; 2013, № 2, maddə 121, № 5, maddə 513, № 9, maddə 1044, № 12, maddə 1551; 2014, № 9, maddə 1063; 2015, № 2, maddə 119, № 9, maddə 978; 2016, № 5, maddə 868; 2017, № 5, maddə 816) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 9.21-ci bəndinə "onun" sözündən sonra "Lisenziyalar və icazələr" portalına," sözləri əlavə edilsin.