Vergilər naziri ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Vergilər naziri ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
6 May 2019 16:17 SiyasətVergilər naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergerlə görüşüb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin, o cümlədən vergi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin iqtisadi və xarici ticarət əlaqələrini əhatə edən bir sıra mövzular müzakirə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31