İlham Əliyev Putinə başsağlığı verdi
İlham Əliyev Putinə başsağlığı verdi
6 May 2019 11:49 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Başsağlığında deyilir: "Hörmətli Vladimir Vladimiroviç.
Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31