Belarusun Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

Belarusun Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. "OLAYLAR" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, səfər Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun dəvətilə baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31