Maykl Hardi: "Bu Forum qlobal problemləri görməyə vadar edir"

Maykl Hardi: "Bu Forum qlobal problemləri görməyə vadar edir"

"V Ümumdünya Mədəniyyətlərası Dialoq Forumu qlobal problemləri görməyə vadar edir".

Bu sözləri "Bakı Prosesi"nin və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının akademik məsləhətçisi, Böyük Britaniyanın Koventri Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru, professor Maykl Hardi Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi" mövzusu çərçivəsində çıxış edərkən deyib.

Professorun sözlərinə görə, miqrasiya sahəsindəki çətinliklərə başqa tərəfdən baxmalıyıq: "Psixoloqlar deyir ki, insanlar səhər erkən oyanarkən kiməsə və ya nəyəsə bağlı olmaq istəyir. Amma heç bir yerə aid olmamaq insanlarda psixoloji problemlər yaradır. Psixoloqlar digər araşdırmaları nəticəsində bu qənaətə gəliblər ki, hər bir insan fərqli olmaq ehtiyacı duyur. Miqrant mühacirlər özünün fərqli tərəflərinə pozitiv yöndən baxmır. Şadam ki, bu forumun təşkilatçılar bu məsələnin həllində öz təkliflərini verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31