"Əli İnsanov kimi dönük fiqurların siyasətdəki məğlubiyyəti sübut olunub"
"Əli İnsanov kimi dönük fiqurların siyasətdəki məğlubiyyəti sübut olunub"
3 May 2019 15:01 Siyasət"Əli İnsanovu ciddi siyasi fiqur kimi qiymətləndirmək doğru deyil. Onun həbsdən çıxan kimi müxalifət olmaq uğrunda başlatdığı mübarizə sadəcə qisasçılıq xarakteri daşıyır. Keçmişdə etdiyi qanunauyğunsuz korrupsiya faktlarının üstünü örtmək, yenidən xalq arasında nüfuz qazanmaq üçün radikal müxalifət və anti-Azərbaycan qüvvələrinin cızdığı yolla getməyə çalışır. Onun kimi adamlar ciddiyə alınmayacaq qədər zəif fiqurlardır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekpert Kənan Paşayev deyib.
O bildirib ki, tarix dəfələrlə Əli İnsanov kimi dönük fiqurların siyasətdəki məğlubiyyətini sübut edib: "Necə oldu ki, 15 il əvvələ qədər vəzifədə olduğu müddətdə dövlətin siyasətini böyük səylə dəstəkləyən insan, qanunsuz hərəkətləri ortaya çıxan kimi yolundan döndü? Təbii ki, burada Azərbaycanın dövlətçiliyinin əleyhinə olan güclərin rolu danılmazdır. Bütün bunlara baxmayaraq bu gün Azərbaycan xalqı kimin nə olduğunu yaxşı başa düşür. Xalq-iqtidar birliyinə görə Azərbaycan dünyanın qabaqcıl dövlətləri sırasında yer tutur".