"Əli İnsanov qisasçılıq prinsipi ilə hərəkət edir"
"Əli İnsanov qisasçılıq prinsipi ilə hərəkət edir"
3 May 2019 14:59 Siyasət"Əli İnsanovun həbsdən çıxdıqdan sonrakı açıqlamaları bir qədər ziddiyyətli idi. Bu açıqlamalar ictimaiyyət tərəfindən də müsbət qarşılanmadı. İnsanovun həbsdən çıxdıqdan sonra xarici ölkələrə minnətdarlıq mesajı göndərməsi mənfi fikirlər yaratdı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib.
O bildirib ki, İnsanov hal-hazırda qisasçılıq prinsipi ilə hərəkət edir. Bu isə həç də yaxşı bir yol deyil: "Tarix göstərir ki, siyasətdə qisasçılıq üçün mübarizə aparanlar məğlub olurlar. Bir qisasa görə sənə inanan, güvənən bu qədər insandan istifadə etmək doğru deyil.
İnsanov hazırkı iqtidarı sərt şəkildə tənqid edir, ancaq özüdə vaxtilə bu komandanın liderlərindən biri olub. Əgər iqtidar dediyi qədər pisdirsə ilk vaxtlar öz sərvəti ilə ad çıxaran İnsanov burada nə üçün yer almışdı?
Əli İnsanov və digər iqtidarin keçmiş nümayəndələrini qisas hissindən azad olmağa çağırıram. İnaniram ki, İnsanov gələcəkdə bu şəhərin fərqinə vararaq öz sakit həyatına dönəcək".