Azərbaycan xarici əməkdaşlıq məsələlərində mühüm uğurlara imza atıb

Azərbaycan 2019-cu ilin birinci rübündə iqtisadi və sosial sahələrdə olduğu kimi siyasi islahatlar, beynəlxalq xarici əməkdaşlıq məsələlərində də mühüm uğurlara imza atıb

"Azərbaycan 2019-cu ilin birinci rübündə iqtisadi və sosial sahələrdə olduğu kimi siyasi islahatlar, beynəlxalq xarici əməkdaşlıq məsələlərində də mühüm uğurlara imza atıb. Ölkəmiz Prezident İlham Əliyevin qətiyyətli və balanslaşdırılmış uğurlu xarici siyasət xəttini davam etdirməklə beynəlxalq mövqeyini gücləndirib". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevin sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü Azərbaycanın milli maraqlarını təmin edən müstəqil, çevik və möhtəşəm xarici siyasət kursu xarici dövlətlərlə yüksək səviyyəli görüşlərin, siyasi dialoqun güclənməsinə, ikitərəfli sıx əlaqələrin möhkəmlənməsinə dərin töhfə verib: "Nazirlər Kabinetinin aprelin 30-da keçirilən iclasında dövlətimizin başçısının vurğuladığı kimi 2019-cu ilin birinci rübü beynəlxalq siyasi əlaqələr baxımından Azərbaycan üçün olduqca uğiurlu və əlamətdar olubdur. 2019-cu ilin birinci rübü ərzində Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar, ATƏT qarşısında öz prinsipial mövqeyini qəti şəkildə bəyan etməklə Ermənistanın yeni hakimiyyətinin siyasi şousunu darmadağın etdi. Rəsmi İrəvan işğal faktında birbaşa iştirakçı olduğunu təsdiqləməklə sülh razılaşmasına əməl etməsini, əks halda ən kəskin addımlarla üz-üzə qalacağını nümayiş etdirdi. Dövlət başçısı qətiyyətli və konkret, açıq bəyanatı ilə dünya birliyinə əsil siyasi-hərbi mənzərəni bir daha təqdim etdi: "Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama ünvanlıdır, birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var". Cənab Prezidentin vurğuladığı kimi bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. "Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31