Parisdə Xocalı aksiyası keçirilib
25 Fevral 2013 14:16 SiyasətFransanın paytaxtı Parisdə fəaliyyət göstərən Azərbaycan Evi Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar paytaxtın məşhur Monmart təpəsi yaxınlığındakı meydanda aksiya təşkil edib. "OLAYLAR"-a daxil olan məlumata görə, meydana toplaşan yüzlərlə soydaşımız əllərində Azərbaycan və Fransa bayraqlarını, erməni qəddarlığını pisləyən plakatlar tutub, Xocalının dinc sakinlərinə qarşı erməni silahlı qüvvələrinin törətdiyi vəhşilikləri pisləyən şüarlar səsləndirblər.
Aksiyada Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Fransa rəsmlərinə və şəhər ictimaiyyətinə ünvanlanan müraciət oxuyub. Aksiya zamanı parislilərə və qonaqlara Xocalı soyqırımından bəhs edən broşürlar və vərəqələr paylanıb, balaca soydaşlarımız tərəfindən müdhiş gecədə ermənilər tərəfindən amansızlıqla qətlə yetirilən uşaqların adları yazılan şarlar havaya buraxılıb.
Tədbir keçirilən meydanda "Xocalı uşaqların gözü ilə" rəsm əsərləri, eləcə də, dünya mətbuatında Xocalı soyqırımı haqqında dərc olunmuş materiallar sərgilənib.