Müxalifət dairələri düşmən dəyirmanına su tökürlər

"Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində YAP Gənclər Birliyi də aktiv fəaliyyət göstərir. Partiyamızın gənclərinin bu yöndə fəaliyyətini yüksək qiymətləndiririk". "OLAYLAR"-ın xəbərinə görə,  bu fikirləri yap.org.az saytına hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı səsləndirib. Bildirib ki, hazırda YAP Gənclər Birliyi e-mail aksiyası keçirirərək beynəlxalq təşkilatlara, xarici dövlətlərin müvafiq strukturlarına Xocalı soyqırımı ilə bağlı məlumatlar göndərirlər: "Hakim partiyanın gənclərinin bu yöndəki fəaliyyəti digər gənclər təşkilatları üçün nümunə ola bilər. Biz gənclərimizi beynəlxalq miqyasda işğalçı Ermənistanla mübarizəyə daha çox cəlb etmişik. İstərdik ki, başqa partiyalar da, xüsusilə müxalifət düşərgəsi yersiz hay-küy qaldırmaq əvəzinə ermənilərlə vuruş cəbhəsində özlərini göstərsinlər. Amma biz bunun əksini görürük. Müxalifət dairələri işğalçılarla mübarizə əvəzinə, düşmən dəyirmanına su tökürlər ki. bu da yolverilməzdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00