Fevralın 26-da Ermənistan-Azərbaycan müharibəsi başlaya bilər - AÇIQLAMA

Elxan Şahinoğlu: “Xocalı aeroportunun istifadəyə verilməsi Cənubi Qafqazda müharibə təhlükəsini qaçılmaz edəcək”

Aİ xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton Xocalı aeroportunun istifadə verilməsindən sonra regionda vəziyyətin gərginləşəcəyini bildirib. Eşton Ermənistan və Azərbaycanı məsələni diplomatik yollarla həll etməyə çağırıb. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan Xocalı aeroportunun fevralın 26-da istifadəyə veriləcəyini bildirib.  Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə Azərbaycan İrəvandan Xocalı aeroportuna enmək üçün qalxan təyyarəni vurmaq məcburiyyətində qalacaq: "Birinci təyyarənin sərnişin təyyarəsi olacağını da zənn etmirəm. Çünki, heç bir erməni qorxusundan həmin təyyarəyə minməyəcək. Əgər Azərbaycan həmin təyyarəni vurmaq istəsə belə bu beynəlxlaq hüquq normaları çərçivəsində baş verəcək. Sözsüz ki, bundan sonra ermənilər haray-həşir salacaq və rusları da bu işə qoşmağa çalışacaqlar. əlbəttə ki, ruslar da məqsədyönlü şəkildə təyyarənin vurulmasına etiraz edəcəklər. Bu baxımdan Cənubi Qafqazda vəziyyət xeyli gərginləşə bilər. Hətta müharibə ehtimalının yaranması mümkündür. Yaranmış vəziyyətdə də Rusiya Ermənistanı müdafiə edəcək" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00