ABŞ-ın Ermənistana münasibəti dəyişir
Vaşinqton İrəvana münasibətə Dağlıq Qarabağ və Türkiyə-Ermənistan sərhədləri məsələsini önə çəkir
25 Fevral 2013 13:13 SiyasətCari ildə Birləşmiş Ştatlar Ermənistana humanitar yardımı 17% azaldaraq 36,6 milyon dollara salacaq. ANS PRESS-in məlumatına görə, 2012-ci ildə bu, 44,2 milyon dollar olmuşdu.
Amerika-Ermənistan münasibətlərinin formatının özü də dəyişdirilir. Əvvəllər Vaşinqtonun Ermənistana humanitar yardımının əsas hissəsi iqtisadiyyata dəstək məqsədi daşıyırdır. Məsələn, 2012-ci ildəki 44,2 milyon dollar yardımın 40 milyon dolları iqtisadiyyatın dəstəklənməsinə yönəldilmişdi. Bu il isə iqtisadiyyatın dəstəklənməsinə 1 sent də ayrılmayıb. 2013-cü il üçün ayrılmış 36,6 milyon dolların 27,2 milyon dolları Ermənistanla hərbi sahədə əməkdaşldığa ayrılıb.
ABŞ Konqressinin layihəsində bununla bağlı edilən qeyd də xüsusilər maraqlıdır: "Birləşmiş Ştatların Ermənistana verdiyi yardım demokratik, iqtisadi və regional təhlükəsizliyin inkişafına yönəlik başqa islahatlara yönəldilib. Bu yardım həm də Azərbaycanla Dağlıq Qarabağ ətrafında uzun çəkən münaqişənin nizamlanmasına, hazırda Azərbaycanla və Türkiyə ilə bağlı olan sərhədlərin açılmasına yönəlib".
Bütünlükdə Amerikanın yardımı Ermənistan sərhədlərində nəzarətin gücləndirilməsinə, həmçinin gütləvi qırğın silahları, narkotik və traffikinq daşımalarının qarşısının alınmasına yönəlib. Bundan başqa, ABŞ Ermənistan AES-də təhlükəsizliyin gücləndirilməsinə və Ermənistan silahlı qüvvələrində islahatların aparılmasına da yardım edəcək.
Ekspertlərin fikrincə, ABŞ bununla Ermənistan ordusunun zabitləri ilə təmasları artırmaq, onların arasında qərbyönümlülərin sayını artırmaq niyyətindədir.