Amerikalı səfir gənclərlə görüşüb
25 Fevral 2013 13:00 SiyasətBirləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstar Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisində olub. Mərkəzdən "OLAYLAR"-a verilən məlumata görə, ofisin koordinatoru Tural Kərimov qonaqları Mərkəzin strukturu və yerləşdiyi məkanla tanış edib. Mərkəzin fəalları ilə söhbət aparan səfir R.Morninqstara təşkilatın fəaliyyət istiqamətləri, reallaşdırdığı layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda, görüşdə müxtəlif sahələrdə birgə həyata keçirilə biləcək layihələr və fəaliyyət perspektivləri ilə bağlı müzakirə aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00