Xocalı faciəsi Stokolmda yad ediləcək

Milli Məclisin deputatları Elton Məmmədov və Elman Məmmədov  İsveç Krallığının Stokholm şəhərinə səfər  ediblər. MM-dən "Olaylar"a verilən məlumata görə,  bu ölkədə erməni silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri qanlı faciənin 21-ci ildönümü Azərbaycan  və türk  diasporunun təşkilatçılığı  ilə yad  ediləcək. Deputatlarımız Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş  mitinqdə, Avropa  və Skandinaviya  ölkələrinin mətbuat  nümayəndələrinin qatıldığı mətbuat  konfransında iştirak edəcək,  faciə haqqında ətraflı məlumat verəcək,  bu qanlı hadisəni əks  etdirən kitab və video çarxlar nümayiş etdirəcəklər. Səfər  çərçivəsində deputatlarımızın İsveç parlamentinin rəhbərliyi və İsveç-Azərbaycan  parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşləri də nəzərdə  tutulub. Səfər fevralın 27-də başa çatacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00