İsrail və Avstriyada Xocalı soyqırımı anılacaq
25 Fevral 2013 12:32 SiyasətMilli Məclisin deputatı Fuad Muradov Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş "Xocalı hər zaman bizim ürəyimizdədir" adlı fotosərgidə və anım mərasimində iştirak etmək üçün İsrailin Tel-Əviv şəhərinə yola düşüb. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, millət vəkili tədbirdə çıxış edəcək, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı vəhşilikləri fotolar və sənədlər vasitəsilə bu ölkənin ictimaiyyətinə təqdim olunacaq. Fevralın 27-də isə Fuad Muradov Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş və ölkəmizin Avstriyadakı səfirliyi tərəfindən təşkil edilmiş konfransda iştirak etmək üçün Vyanaya gedəcək. Konfransda erməni şovinist dairələrinin mərhələ-mərhələ azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər tədbir iştirakçılarının diqqətinə çatdırılacaq.