Millət vəkili Türkiyə telekanalında Xocalı faciəsindən danışıb
25 Fevral 2013 12:11 SiyasətAzərbaycanın bir qrup millət vəkili Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyəyə səfər edib. "OLAYLAR"-ın xəbərinə görə, Türkiyənin Giresun Universitetinin dəvəti ilə eyniadlı şəhərdə səfərdə olan millət vəkili Aydın Mirzəzadə Türkiyə üzrə yayımlanan telekanalların birində Xocalı soyqırımına həsr edilmiş canlı verilişdə çıxış edib. Giresun Universiteti tələbələrinin Xocalı faciəsinə həsr edilmiş teatrlaşdırılmış tədbirində iştirak edən Aydın Mirzəzadənin bu şəhərin valisi və bələdiyyə başqanı ilə görüş də nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00