Berlində Xocalı faciəsindən danışıldı
25 Fevral 2013 12:02 SiyasətBerlin şəhərində "Türk evi"ndə Xocalı faciəsi ilə bağlı coxlu sayda insanın qatıldığı anım tədbiri keçirilmişdir. Tədbirin təşkilatçıları "Almaniya azərbaycanlılarının koordinasiya mərkəzi", "Atatürk Düşüncə Dərnəyi Berlin - Branderburq mərkəzi" və Almaniya Türk -Azəri Birliyi" və digər qurumlar olmuşlar. Tədbirə Azərbaycanın Almaniyadaki səfirliyinin və Türkiyə Cumhuriyyəti Berlin Baş Konsulluğu da yaxından dəstək vermişdir. Tədbir şəhidlərin bir dəqiqəlik anılmasi ilə başlamiş, daha sonra Azərbaycan və Türkiyə Cümhuriyyətinin himnləri səsləndirilmişdir. Tədbirdə Azərbaycanın Almaniyadaki səfiri Pərviz Şahverdiyev, Türkiyə Cumhuriyyəti Berlin Baş Konsulu Ehmed Basar Sen, Kuzey Kıbrıs Cumhuriyyətinin təmsilçisi Kamal Gokeli, Almaniya azərbaycanlılarının koordinasiya mərkəzi"nin rəhbəri Samirə İsmayılova açılış nitqi söyləmişlər. Bundan sonra Xocalı faciəsinə həsr edilmiş film nümayiş etdirilmisdir.
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışında bildirmişdi ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir. Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirdi ki, Xocalı Soyqırımını törədənlər təkcə tarix qarşısında deyil, ədalət qarşısında hesab verməlidirlər.