Hyustonda Xocalı qurbanları anıldı

Hyuston şəhərində Azərbaycanlıların Amerika Mədəni Alyansı (AAMA) tərəfindən Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunub

AAMA-nın prezidenti İsmayıl Əhmədov tədbiri açaraq iştirakçılara Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsinə dair geniş məlumat verdi, həmçinin rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, o cümlədən Azərbaycan dili dərslərinin təşkil olunmasından danışdı. Bundan sonra Texas Ştatı Nümayəndələr Palatasının üzvü C.Vu çıxış edərək Xocalı qətliamı barədə öyrəndikdə kədərləndiyini və bu kimi faciələrin yenidən təkrarlanmasına yol verilməməsi üçün onları xatırlamağın vacib olduğunu dedi. C.Vu Texas ştatı Nümayəndələr Palatasının Xocalı qətliamının 21-ci ildönümünün anılması haqqında qətnaməsini Azərbaycan Səfirliyinin nümayəndəsinə təqdim etdi. Həmin qətnamədə bu faciənin bir çox insan hüquqları təşkilatları tərəfindən pislənildiyi, habelə bir sıra xarici dövlət və ABŞ-ın digər ştatlarının bu faciyəyə diqqət yetirdiyi qeyd olunaraq, bu xüsusda 2011-ci ildə Texas Nümayəndələr Palatasının 535 nömrəli qətnaməsi vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00