Müxalifət Xocalı abidəsini ziyarət edəcək

Azərbaycanın müxalifət partiyaları da Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Azərbaycan Xalq Cəbhəsi Partiyasından "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, partiya fəalları fevralın 26-da Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər. Anım mərasimində İctimai Palatanın üzvləri də iştirak edəcək. Azərbaycan Demokrat Partiyası da təmsil olunduğu "Qarabağ" bloku ilə birlikdə Xocalı abidəsini ziyarət edəcək, abidənin önünə gül dəstələri qoyacaq. Azadlıq Partiyasının sədri Əhməd Oruc rəhbərlik etdiyi partiyanın da daxil olduğu Demokratik Qüvvələrin Məşvərət Məclisinin Xocalı soyqırıməının 21-ci ildönümü ilə əlaqədar faciə qurbanlarına xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəyini söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00