Xocalı yaddaşlarda və əl işlərində
22 Fevral 2013 16:45 SiyasətMİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə fevralın 25-də Nizami rayonundakı 129 saylı orta məktəbdə tədbir keçirəcək. 1992-ci il fevralın 26-dan bəri hər il dərin hüznlə qeyd olunan faciəni, həmin gün yaşananları unutmamaq, gənc nəsilə tanıtmaq üçün tariximizin qara səhifəsini əks etdirən hadisələr məktəblilərin, müəllimlərin, tarixçilərin və MİRAS üzlərinin baxışı ilə canlandırılacaq. Eyni zamanda iştirakçılara MİRAS İctimai Birliyinin istehsalı olan "Xocalı vaxtı" filmi təqdim olunacaq.
Tədbir ilə yanaşı, məktəbdə gənclərin, tələbə və məktəblilərin Xocalı faciəsini, onun yaratdığı pislikləri, doğurduğu rezonansı əks etdirən əl işlərindən ibarət sərgi təşkil olunacaq. Sərgidə MİRAS İB-nin bir ay əvvəldən elan etdiyi müsabiqəyə təqdim olunmuş və münsiflər heyəti tərəfindən seçilmiş işlər nümayiş olunacaq. Müsabiqəyə Rəssamlıq Akadademiyası, Qafqaz Universiteti, Uşaq dünyası rəsm qalereyası da daxil olmaqla Bakının və Azərbaycanın rayonlarının müxtəlif təhsil ocaqlarından işlər təqdim olunub.
Fərqlənənlər diplom və hədiyyələrlə təltif ediləcək.