Söyün Sadıqovdan bir alət kimi istifadə edilir
22 Fevral 2013 16:12 Siyasət"Söyün Sadıqov ziyanlı və ona şərəf gətirməyən işə baş qoşub. İnanmıram ki, o, baş qoşduğu işin mahiyyətini tam aydınlığı ilə dərk edir. Əgər dərk edirsə, onda onun əməllərinin adı tamam başqadı". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov söyləyib Hakim partiya rəsmisi deyib ki, müxtəlif siyasi oyunlara girib mənsub olduğu xalqa ziyan vurmaq istəyənlər heç zaman rəğbət qazana bilməyiblər: "Azərbaycanın tarixində belələri olub. Lakin xalq onları lənətlə xatırlayır. Söyün Sadıqov həmin siyahıya daxil olmaq istəyirsə, bu onun öz işidir. Ancaq bir şey hər kəsə aydındır: Söyün Sadıqovdan bir alət kimi istifadə edilir. Alətdən isə, bir qayda olaraq, işə yararlı olduğu zamana qədər istifadə olunur".