Gürcülər başçısını super gizli agentin 6.4 milyardlıq sərvətinə satdı

Xalq kütləsi İvanişvilinin sərvətinin böyük hissəsini onlar arasında bölüşdürəcəyinə sadəlövhlüklə inanırlar

Gürcü nəşri "Versia"nın iddiasına görə prezident Mixail Saakaşvili həbs oluna bilər. Prokurorluq Saakaşvili və komandasına məxsus olan istintaq sənədlərini xarici diplomatlara təqdim edib. Xarici dövlət nümayəndələri sənədlərlə tanış olduqdan sonra Tiflis meri Giqi Uqulava və prezident Mixail Saakaşvilinin həbsinə razı olublar. Mixail Saakaşvili "Versia"nın iddiasına cavab verərək bildirib ki, o, İvanişvili hökumətindən qorxmur və ölkəsinin inkişafı naminə etdiklərinə görə cavab verməyə hazırdır: "Rusiya prezidenti Vladimir Putin 2008-ci ildə mənə ölüm hökmü çıxarmışdı. Heç onda qorxmadım. Gürcüstanın yeni hakimiyyətinin hədələrindən isə ümumiyyətlə qorxmuram". Baş nazir Bidzina İvanişvili həbs siyasətini açıq şəkildə Prezident Mixail Saakaşvilinin özünə istiqamətləndirməsi ilə bir daha Kremlin pionu olmasını sübut etdi.  

Saakaşvili Gürcüstanı dirçəltmək üçün bacarmadığını baxardı

2003-cü ildə Gürcüstanda keçirilən prezident seçkilərindən sonra Mixail Saakaşvilinin simasında ölkəyə yeni dəyərlər ayaq açdı. "Gül İnqilabı" ilə tarixə yazılan xalq hərəkatı Gürcüstanda demokratiyanın zəfəri sayılır. Dövlət başçılığına gəlmiş, Qərbmeyilli siyasətçi kimi tanınan Mixail Saakaşvili hakimiyyətinin ilk dönəmində Gürcüstanın iqtisadi və siyasi sitemində yenilikçi islahatlar reallaşdırdı. Saakaşvilinin xarici siyasət əqrəbi Aİ, NATO və ABŞ sferası daxilində hərəkət edirdi. Gürcüstan bu dönəmdə Avro-Atlantik regionuna inteqrasiyası demək olar ki, başa çatmaq üzrə idi. Korrupsiya və məşğulluq kimi problemlərinin həlli istiqamətində keçirilən islahatlar Gürcüstanın suverenliyini möhkəmləndirdi. 2004-2007-ci illər Saakaşvili hakimiyyətinin ən parlaq dövrü olub. Rusiya Mixaili ölkə daxilində nüfuzdan salmaq üçün 2008-ci ildə Gürcüstana silahlı basqın edərək Cənubi Osetiya və Abxaziyanı işğal etdi. 2012-ci ilin parlament seçkilərində Kreml pionu kimi tanınan Bidzina İvanişvilinin qalib gəlməsi isə xalq kütləsini Saakaşviliyə qarşı qoydu. İvanişvili çıxışlarında Abxaziya və Cənubi Osetiyanın işğal olunmasını Saakaşvilinin səriştəsizliyi kimi qələmə verdi. Bu açıqlama xalqın Saakaşviliyə olan nifrətini qabından kənara daşırdı. 2008-ci il rus-gürcü müharibəsi Gürcüstana ağır iqtisadi zərbə ilə yadda qaldı. Müharibədən dərhal sonra Gürcüstan özünün ən böyük bazar iqtisadiyyat qapısını arxadan örtməli oldu. Cənubi Osetiya və Abxaziyanın itirilməsi Rusiya-Gürcüstan münasibətlərini tamamilə çıxmaz dalana dirədi. Gürcüstan 2008-ci ildən başlayaraq ağır iqtisadi böhrana yuvarlandı. Lakin, Saakaşvili dövləti ağır vəziyyətdən çıxarmaq üçün Gürcüstanın turizm imkanlarından istifadə etmək göstərişini verdi. Qudauri və Batumi bölgəsi yay-qış turizmi üçün xarici ölkə turistlərinin üzünə açıldı. Saakaşvili imkanları daxilində az da olsa gürcülərin həyat ehtiyaclarının müəyyən hissəsini qarşılaya bildi. Saakaşvilinin ən üstün cəhəti ondan ibarət idi ki, bu adam öz ölkəsini sevirdi, həmişə nələrisə etməyə çalışırdı. Saakaşvili Borçalı tarixinə ən humanist siyasətçi kimi düşüb. Qamsaxurdiyadan Şevardnadzeyə qədər bütün siyasətçilər Borçalı türklərinə qarşı ən radikal gürcü millətçiliyi siyasəti tətbiq edib. Saakaşvili isə özündən əvvəlki sələflərinin siyasətini rədd etdi. Mixail səmimidir. Türk sazını sinəsinə kökləyib çalmasından hər başlayanda riya hiss olunmayan gülümsəməsinədək... Saakaşvili fərqlidir. Rusiya kimi hegemon dövlətin başçısının üzünə işğalçı deməsindən ad gününü Əfqanıstanda gürcü əsgərləri arasında qeyd etməsinədək... Saakaşvili bütün millətlər üçün arzuolunan başçıdır. Gürcülər isə bu adamı Kreml pionunun 6.4 milyardlıq sərvətinə sataraq arxa çevirdilər.

Bidzina İvanişvili - Gürcüstan daş dövrünə qayıdır

İş adamı Bidzina İvanişvili 6.4 milyardlıq sərvətini Rusiyada əldə edib. Pullarının məbləğinə görə dünyanın ən zəngin adamları arasında 153-cü sıradadır. Parlament seçkilərinədək gürcülər İvanişvilini tanımırdı. Konstitusiyaya dəyişiklik edildikdən və Gürcüstan parlament seçkiləri ərəfəsinə girdikdən sonra İvanişvili ortada görünməyə başladı. İvanişvilinin Gürcüstanın siyasi həyatına təcavüzü və möhkəmlənməsi də ani oldu. Kreml pionu Rusiyadakı əmlakının müəyyən hissəsini sataraq parlament seçkilərində iştirak etmək iddiasını irəli sürəndə təzadlı məqamlar ortaya çıxdı. 2004-cü ildə Saakaşvilini inqilabla Gürcüstan hakimiyyətinə gətirən gürcülər qəflətən prezidentə qarşı çevrildilər. Çünki, gürcülərin şəxsi istəkləri dövlət maraqlarını üstələdi. Sadə vətəndaşlar İvanişvili hakimiyyətə gəldikdən sonra sərvətinin böyük hissəsini onlar arasında bölüşdürəcəyinə sadəlövhlüklə inanırlar. Gürcülər hətta İvanişviliyə o dərəcədə güvənirlər ki, Kreml pionunun Gürcüstanı Qərbə aparacğını zənn edirlər. Hələ də İvanişvili gürcülərin nəzərində zəngin Qərbpərəst siyasətçidir. İşğalın davam etməsinə baxmayaraq İvanişvilinin Abxaziya-Rusiya dəmiryol xəttinin bərpa edilməsinə cəhd etməsi separatizmin güclü olduğu Cavaxetiyanı azad iqtisadi bölgə élan etmək cəhdləri belə sadə gürcüləri ayıltmadı. İvanişvili Saakaşvilinin nüfuzunu zərbə altında qoymaq üçün xalq kütləsinə 6.4 milyardlıq sərvətindən pul ayıraraq onları prezidentlə üz-üzə qoydu. İvanişvili gürcüləri belə aldadıb. Gürcülər İvanişvilinin pullu təkidilə demokratiyadan üz döndərdilər. Kreml pionu böyük sürətlə Putinin "şəxsiyyətlər xarabalığı"na (SSRİ) sürükləyir. Baş nazirin Saakaşvili və ətrafına qarşı apardığı həbs, təzyiq gedişi isə onun iyrənc siyasətinin sonuncu həddidir. Kremlin quper gizli agenti riyakardır. Xalq kütləsini pulla ələ keçirməkdən erməni kataliksou II Qareginin oyuncağı olmasınadək... İvanişvili ölkəsinin dövlət müstəqlliyinin sonudur. Xalqı bu adamı tanımır. Sadə gürcü cəmiyyəti İvanişvilinin əsl simasını payızda görəcək.     

Mirzə Sakit: "İvanişvilinin hakimiyyətə gəlməsi gürcülərə yaxşı heç nə vəd vermir"

Satirik şair Mirzə Sakit də Bidzina İvanişvilinin Gürcüstana müsbət nəticələr gətirməycəyinə inanır: "2009-cu ildən sonra mən iki dəfə Tbilisidə olmuşam. Məni ora İnsan haqları təşkilatlarından biri dəvət etmişdi. Birinci dəfə 18 gün, ikinci dəfə isə 11 gün Tbilisidə oldum. Sizin verdiyiniz bu suala qüvvət, mən də bu haqda çox maraqlandım. Deyim ki, hətta böyük market mağazaları olan insanlar da Saakaşvilidən narazılıqlarını açıq şəkildə bildirirdilər. Gürcülər çox kasıb vəziyyətdə yaşayırlar, bunu marşurut avtobusların sərnişinlərindən də açıqca sezmək olurdu. Bundan başqa mən orada bu haqda çox insanlarla söhbətlər etdim. Onlar mənə deyirdilər ki, burada Saakaşvili bir az demokratik mühit yaratmasına baxmayaraq, koorrupsiya aşağı təbəqələrdən kəsilsə də yuxarı təbəqədə koorrupsiya tüğyan edir. Mən deyim ki, bu gün gürcülər doğrudan da çox kasıb şəraitdə yaşayırlar. İvanişvilinin gəlməsi isə gürcülərə yaxşı heç nə vəd vermir. Ona görə ki, İvanaşvili Saakaşvilinin "Medvedyevi"dir!.."

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00