Cəbhədə vəziyyət gərginləşib
22 Fevral 2013 15:15 SiyasətErməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacalı və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili, Cəvahirli və Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri avtomat, pulemyot və iriçaplı pulemyotlardan atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00