Qənirə Paşayeva: “Bu soyqırımı törədənlər ədalət qarşısında cavab verməlidir”

Millət vəkili izmirdə keçirilən Xocalı şəhidlərini anım tədbirində iştirak edib

Tədbirdə çıxış edən edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri  Qənirə Paşayeva bildirib ki, Xocalı soyqırımı  bütün insanlığa qarşı edilmiş bir cinayətdir. Millət vəkili deyib ki, Xocalı Soyqırımını törədənlər təkcə tarix qarşısında deyil, ədalət qarşısında hesab verməlidirlər: "Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir.  Ermənistan Azərbaycanın  20%  torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur". Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Tədbirdə çıxış edən DAK başqan yardımçısı Asif Qurban ermənilərin tarix boyu türklərə qarşı soyqırım siyasəti yürütdüklərini, Xocalı Soyqırımının bütün türklərə qarşı bir soyqırım olduğunu bildirdi və erməni yalanlarına qarşı mübarizədə Azərbaycan ilə Türkiyə arasında birliyin və bərabərliyin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00