Ukraynanın populyar mobil operatoru Qarabağda xidmətlər təklif edir

Ukraynanın populyar mobil operatoru MTS Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsinə zəng xidmətləri təklif edir. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları barədə məlumat MTS-in rəsmi saytında "MDB və Avropa" tarif planına daxil olan ölkələr siyahısında yer alıb. Buna əmin olmaq üçün bu keçidə daxil olmaq və "Страны, в которых действует пакет "СНГ и Европа" hipersözün üzərinə tıklamaq kifayətdir. Oxucularımızı vətəndaş mövqeyi nümayiş etdirərək MTS-in saytının administratorlarına məktub yazmağa və işğal altında olan Azərbaycan torpaqlarında rouminq xidmətlərinin göstərilməsinin yolverilməz olduğu haqqında məlumat verməyə çağırırıq.
Məktuba aşağıdakı mətni daxil etmək olar:
"Здравствуйте,
Хочу сообщить вам о недопустимости предоставления со стороны мобильного оператора МТС роуминг услуг по звонкам в Карабах. Данный регион Азербайджана находится под оккупацией Армении, что признано соответствующими резолюциями ООН. Украина, так же как и все остальные страны, признает территорию Карабаха в качестве неотъемлемой части Азербайджана. Но на данный момент Карабах находится под оккупацией Армении и во власти сепаратистского режима. Любое сотрудничество с сепаратистами и оккупантами в Карабахе является незаконным. По этой причине, просим вас прекратить предоставлять роуминг услуги в данном регионе и удалить "Нагорный Карабах" из списка государств тарифного плана "СНГ и Европа" на вашем сайте (http://www.mts.com.ua/rus/free_inner.php).

Спасибо за внимание и надеюсь на скорейшую реакцию по моему обращению.

A.S.A."

Məktubu MTS-in Facebook, Vkontakte və Twitter profillərinə də göndərmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00