Xocalı soyqırımı ilə bağlı Norveç parlamentinə müraciət olunacaq

Oslo şəhərinin Saqene bələdiyyəsində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş sərgi və anım mərasimi keçirəcək

Fevralın 23-də Norveç Azərbaycanlılarının Gənclər Təşkilatı (NAYO) və Osloda fəaliyyət göstərən Azərbaycan Evi birlikdə Oslo şəhərinin Saqene bələdiyyəsində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş sərgi və anım mərasimi keçirəcək. ANS PRESS-in Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, martın 1-dək davam edəcək sərgidə Xocalıda törədilmiş erməni vəhşilikləri Norveç ictimaiyyətinə göstəriləcək və bəşəriyyətə qarşı törədilmiş bu cinayətin Norveç dövləti tərəfindən də soyqırım kimi qəbul olunması üçün Norveç parlamentinə müraciət olunacaq.  NAYO sədri Ramil Əliyev bildirib ki, məqsəd ermənilərin xalqımıza qarşı törətdikləri bu tarixi vəhşiliyə Norveç hökuməti tərəfindən siyasi qiymət verməlisinə nail olmaqdır: "Norveçdə yaşayan azərbaycanlılar yerli vətəndaşlar kimi bunu Norveç hökumətindən tələb edir".  Qeyd edək ki, sözügedən sərgidə Heydər Əliyev Fondu tərəfindən 2009-cu ildə NAYO-ya göndərilmiş Xocalı soyqırımını əhatəli əks etdirən 100-dən artıq kitab və şəkil nümayiş olunacaq. Xocalı faciəsinə həsr olunmuş anım mərasimində NAYO-nun və Azərbaycan Evinin fəalları çıxışlar edəcək və Xocalı qətliamına həsr olunmuş film nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00