Avropada “Xocalı həftəsi”
21 Fevral 2013 17:29 SiyasətGənclər üçün Təhsil Mərkəzi yerli və xarici təhsil ocaqlarında "Xocalı Həftəsi"nə start verib. Mərkəzdən "OLAYLAR"-a verilən məlumata görə, həftəlik çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Hacıqabul, Ağcabədi və Füzulidə orta məktəblərdə maarifləndirici görüşlərin keçirilməsi, filmlərin nümayiş etdirilməsi və faciəyə həsr olunmuş nəşrlərin paylanması nəzərdə tutulub. Bunlarla yanaşı ölkəmizdəki xarici diplomatların iştirakı ilə məktəblilərin faciə ilə bağlı hazırladıqları səhnəciklərin göstərilməsi də planlaşdırılıb. Eləcə də tədbirlər Avropa ölkələrindəki bir sıra ali məktəblərində də davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00