“Söyün Sadıqovun Borçalı Partiyası seperatçı qurumdur” - MÖVQE

Zəlimxan Məmmədli: “Borçalı Söyün Sadıqovun separatçı ideyalarına getsə, Qafqazda demokratiya mollasız dəfn ediləcək”

RATİ üzvü Söyün SadıqovGürcüstanda Borçalı Partiyası yaradır. Artıq yeni partiyanın təşəbbüs qrupu yaradılıb, atributları qəbul edilib. Boçralı Partiyasının qarşısında duran əsas vəzifə isə Kvemo-Kartli, tarixi Borçalı ərazisində muxtariyyata nail olmaqdır. Məsələyə münasibət bildirən Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə Cənubi Qafqazın bütövlüyünün təməli olan Gürcüstan-Azərbaycan müttəfiqliyinin qorunub saxlanılması indiki məqamda vacib məsələdir: "RATİ və Rusiya bölgədə sülhü təhdid edən, Azərbaycan və Gürcüstan arasında münasibəti pozmaq istəyən qüvvələrdir. Burada konkret olaraq borçalılıları separatizmə yuvarlasalar bu Qafqazın çökməsi, demokratiyanın murdar olması deməkdir. Ona görə də hər hansı separatçı qurum yaratmaq lazım deyil. Söyün Sadıqovun separatçı düşüncəsi "virtual qəhrəmanlıq" nişanəsidir. Gürcüstan nə qədər gürcülərin milli dövlətidirsə, həmçinin də borçalıların milli dövlətidir. Borçalı Söyün Sadıqovun separatçı ideyalarına getsə Qafqazda demokratiya mollasız dəfn ediləcək". ("OLAYLAR "İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00