VHP seçkidə iştirak qərarı verdi

Vətəndaş Həmrəyliyi Partiyası prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, bu barədə qərar VHP-nin Siyasi Şurasında qəbul edilib. Seçkilərdə iştirakın forması isə iyun ayına nəzərdə tutulan VHP-nin Ümumrespublika konfransının müzakirəsinə tövsiyyə edilib. İclasda həmçinin VHP-nin növbəti qurultayına hazırlıq və rayon təşkilatlarının konfransının keçirilməsi məsədilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00