“Hansısa nömrə altında ortaya çıxıb Azərbaycan cəmiyyətinin dəstəyini qazanmaq mümkün olmayacaq”

"Ölkəmizin idarəetmə sisteminə təsir etmək üçün xaricdən kimlərisə iş başına gətirmək istəyində maraqlı olan qüvvələr var və həmin dairələrin də üçüncü qüvvə adı ilə cəmiyyətə təqdim edilməsinə çalışılır". Belə bir açıqlama ilə çıxış edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev "OLAYLAR"-a bildirib ki, hansısa nömrə altında ortaya çıxıb Azərbaycan cəmiyyətinin dəstəyini qazanmaq mümkün olmayacaq. Fərəc Quliyev deyib ki, hər zaman ölkədəki bu və ya digər qüvvələrin nömrələnməsinin əleyhinə olub: "Siyasət mövsümü xarakter daşımır və siyasi qüvvələr seçki olmayan dönəmdə də fəaliyyət göstərməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00