Vahid namizəd baş tutmayan ideyadır
21 Fevral 2013 16:22 Siyasət"İndiki mərhələdə müxalifıtin vahid namizədinin müəyyən edilməsi ideyası baş tutması mümkün olmayan bir şeydir. Ona görə də hesab edirəm ki, baş tutması mümkün olmayan ideya ətrafında uzun-uzadı müzakirələr aparmağa dəyməz". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, Azərbaycan reallıqlarında vahid namizəd məsələsi baş qatmaqdan başqa bir şey deyil: "Hazırda əsas hədəf ölkədə normal, bərabər rəqabətə əsaslanan, demokratik seçki mühiti yaratmağa nail olmaqdır. Eyni zamanda qarşılıqlı inam və etimadın əldə olunması üçün təşəbbüs və səylərə artırmaq lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00