Abdullah Gülün erməni sevgisi - ŞƏRH

Ermənilər “soyqırımın” 100 illiyinə hazırlaşır, Gül isə barışdan danışır

Türkiyə prezidenti Abdullah Gül türk çəmiyyətini, türk dünyasını təəccübləndirməkdə davam edir. Gül Ermənistanda keçirilmiş prezident seçkilərində səsləri saxtalaşdırmaqla qalib gəlmiş Serj Sərkisyanı "qələbə münaisbətilə" təbrik edib. Gülün erməni həmkarını təbrik etmə xəbərinin ardınca Türkiyəsevərləri daha bir xəbər üzdü. Xəbər verildi ki, ermənilərin "Aqos" qəzeti Tük Hava Yolları tərəfindən sərnişinlərə pulsuz paylanacaq. Artıq  xaricə uçan sərnişinlərə verilən qəzetlər içərisində "Aqos"un adı var. "Aqos" rəhbərliyi ilə THY arasında əldə olunan razılaşmadan sonra bu addımın atılmasına başlanılıb. Onu da qeyd edək ki, "Aqos" erməni millətçilərinin qəzetidir. "Aqos" qatı türk düşməni və erməni millətçiliyini müdafiə edən bir qəzet kimi tanınır.
 Qəzetin THY ilə razılaşması  türklər arsında ciddi təpkilərə səbəb olub. Qəzetdən  bildiriblər ki, qarşıda əlaqələrin daha da inkişaf etdirilməsi planlaşdırılır. Qəzetin yayımının, reklamının xərclərini Türk Hava Yolları öz üzərinə götürüb. Onu da yada salaq ki, "Aqos" qəzeti keçən il İstanbulda keçirilən Xocalı mitinqinə qarşı anti-kampaniya aparırdı. Əkrəm Əylislinin məsələsində də Azərbaycan əleyhinə təbliğat aparır.

Məlumat üçün qeyd edək ki, TC prezidenti Türk Hava Yolları Cəmiyyətinin fəxri başqanıdır. Türk Hava Yolları şirkətinin "Aqos"la anlaşması heç şübhəsiz ki, prezidentin erməni siyasətinə dəstək xarakteri daşıyır. Abdullah Gülün, onu prezident postuna gətirmiş siyasi qüvvənin sülh missiyası, erməni və PKK problemlərini həll etməyə çalışmaları anlaşılandır. Türkiyə bölgədə super güc olmağı hədəfləyib, böyük oynamağa çalışır. Amma məsələ burasındadır ki, Abdullah Gülün siyasəti hələki nəticəsiz qalıb. TC-dən güzəşt dalınca güzəşt qoparan PKK daha da iştahlanıb, ermənilər isə Türkiyəyə qarşı nə ərazi iddiasından çəkilmir, nə də qondarma soyqırım tələbindən. Bir neçə il bundan öncə, böyük dövlətlərin israrlı tələbi ilə Abdullah Gül Ermənistanla sülh siyasətinə başladı. Gül iki ölkə futbol seçmə komandalarının qarşılaşmasına baxmaq üçün Ermənistana səfər etdi. Türkiyə ilə Ermənistan arasında  sərhədlərin açılması, iqtisadi və diplomatik əlaqələrin bərpasına dair protokol imzalandı. Amma bu sənədlər nə Türkiyə, nə Azərbaycan cəmiyyətləri qəbul etmədiyi üçün sənədlər kağız üzərində qaldı. Ən pis hal o idi ki, Abdulla Gülün və onun komandasının bütün çabalarına rəğmən Ermənistan tərəfi, nə də erməni lobbisi Türkiyə əleyhinə fəaliyyətini dayandırmadı. Aydınca görünürdü ki, erməni tərəfi böyük dövlətlərin dəstəyi ilə Türkiyəni mənən sındırmaq, soyqırım iddiasını TC-yə qəbul etdirmək niyyəti güdürdü. Ankara vaxtında duyuq düşdü və ermənilərlə imzalanmış protokollar Böyük Millət Məclisində qəbul edilmədi. Belə görünür ki, Türkiyə tərəfi yenidən ermənilərlə əlaqələrin bərpasına ümidlənib. Maraqlıdır ki, hər dəfə də bu işə təşəbbüsçü prezident Abdullah Gül olur. Pakistan, Səudiyyə Ərəbistanı kimi müsəlman dövlətləri hələ də Azərbaycan ərazilərini işğal etmiş Ermənistanı dövlət kimi tanımırlar. Meksika və Kolumbiyada ermənilərin törətdiyi Xocalı faciəsi  soyqırım kimi tanınıb. Azərbaycanın  işğalçı Ermənistana və türk dünyasına qarşı hədyanlar püskürən erməni lobbisinə qarşı fəal diplomatik hücumlarının bəhrə verdiyi bir zamanda Abdullah Gülün yeni "sülh missiyası" heç də yaxşı niyyətdən xəbər vermir.  Bir daha xatırladaq ki, Abdullah Gülün prezident kimi təbrik etdiyi Serj Sərkisyan Azərbaycanın Xocalı şəhərində türk cocuq   larını qətl etmiş və bununla da fəxr edən bir müharibə canisidir. Abdullah Gülün TC ilə diplomatik və iqtisadi əlaqələr yaratmaq istədiyi Ermənistan dövləti təkcə müsəlman, türk Azərbaycana qarşı işğalçı və düşmənçilik siyasəti aparmır. Ermənistan o dövlətdir ki, Türkiyəni 1 milyon ermənini genosidə məruz qoymaqda suçlandırır, hər yerdə və dayanmadan Türkiyə əleyhinə təbliğat aparır, Türkiyəyə qondarma qoyqırım iddiasını qəbul etdirmək və Ankaradan külli miqdarda təzminat almaq niyyətindədir. Ermənistan Türkiyənin 6 vilayətinə ərazi iddiası irəli sürür və bu torpaqları "erməni torpağı" adlandırır. Ermənsitan dövləti və erməni lobbisi 2015-ci ildə qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşırlar. Bu günlərdə Gülün təbrik etdiyi "prezident" Sərkisyan Türkiyənin Ağrıdağ vilayətinə bir daha iddia irəli sürdü və "Ağrıdağın işğaldan qurtulmasını gələcək nəsillərə buraxdı". Qeyd edək ki, Türkiyənin Ağrı bölgəsinin təsviri Ermənistanın gerbində əks olunub və ermənilər Türkiyə ərazisindəki "erməni torpaqları"nın qaytarılmasını milli hədəf kimi qarşıya qoyublar. Aydınca görünür ki, xəstə "Böyük Ermənistan" ideyası ilə zəhərlənmiş ermənilər Türkiyəyə qarşı ərazi iddiasından və qondarma soyqırımı tələbindən geri durmayacaqlar. Çünki əslində bu, Ermənistan dövlətini yaratmış və türk xalqlarının güclənməsini istəməyən supergüclərin istəyidir. Bütün bunları bilə-bilə Ermənistana sıcaq münasibət göstərən, qucaq açan Abdullah Gülün məqsədi nədir? Onun ermənilərə "mən səni sevəcəm, sən sevməsən də" prinsipi ilə yanaşmasının kökündə nə dayanır? Bəlkə erməni sevgisi?..

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00