“Eldar Namazov agentdir” - FİKİR

Cümşüd Nuriyev: ““El” hərəkatının fasikoya uğramasına görə, onu təbrik etmək olar”

Ziyalılar Forumunun fevralın 5-də keçirilən toplantısında politoloq Eldar Namazov "El" hərəkatının 10 günə elan olunacağını demişdi. Lakin, hərəkatın vaxtı mart ayına təxirə salındı. Bu barədə mətbuata açıqlamasında Eldar Namazov deyib. "Eldar Namazov "El" hərəkatını gündəmə gətirməklə birmənalı şəkildə Ziyalılar Forumunu məhv elədi. Namazovun "El" Hərəkatına daxil olması müəyyən qüvvələrin layihəsi idi. Bu layihə çox gözəl şəkildə həyata keçirildi. Ziyalılar Forumu ən böyük səhvi orada buraxdı ki, Əkrəm Əylislinin əsərini oxumadan bəyəndi" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Forum üzvləri də bəyan etdilər ki, əsəri oxumadan müsbət fikir səsləndiriblər: "Ondan sonra Ziyalılar Hərəkatında çat yarandı. Həmin çatı böyütmək lazım idi. Çatı böyütmək üçün həmin qüvvələr çox gözəl layihə işlədi. Həmin texnologiya da Eldar Namazov vasitəsilə həyata keçirildi. Eldar Namazov "El" hərəkatına daxil olmuş super gizli agentdir. Namazov gördü ki, kartlar açılacaq, ona görə də məsələni Rüstəm İbrahimbəyov müstəvisinə yönəltdi. Hərəkat baş tutmayacaq, çünki, Namazov ora Ziyalılar Forumunun yerini dar etmək üçün gəlib. "El" hərəkatının fiaskoya uğramasına görə Eldar Namazovu təbrik etmək olar. Digər tərəfdən Ziyalılar Forumunun üzvləri başa düşməlidirlər ki, onlar doğrudan da siyasətçi deyil. Çünki, siyasətçi olan bu siyasi texnologiyadan xəbəri olmalı, vaxtında müəyyən etməli idi. Müxalifətin bir hissəsi də Eldar Namazovun səmimiyyətinə inandı. Eldar Namazov müxalifəti içərisindən parçaladı. Eldar Namazov müxalifəti parçalamaqla öz maraqlarını qoruyub saxlamağı bacardı" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00