“Əsəd xəstənin dişini yox, başını yerindən qoparar” - AÇIQLAMA

Elxan Şahinoğlu: “Yüz min insanın qətlinə “yaşıl işıq” yandırasan sonra da deyəsən ki, prezident seçilməsəm Suriyada diş həkimi çalışacam”

Suriya prezidenti Bəşər Əsəd mətbuata maraqlı açıqlama verib. Əsəd bildirib ki, 2014-cü ildə Suriyada keçirilən prezident seçkilərinə qatılmamağa qərar versə belə, Dəməşqi tərk etməyəcək: "Bura mənim vətənimdir, ailəm və dostlarım buradadır. Nə olursa olsun, xalqıma xidmətə davam edəcəyəm. Dəməşq Universitetində, daha sonra İngiltərədə tibb təhsili almışam. Prezident olmasam, Dəməşqdə öz klinikamda diş həkimi kimi çalışaraq suriyalılara xidmət edərəm". Politoloq Elxan Şahinoğlu Əsədin fikirlərilə bağlı maraqlı açıqlama verib: "Dəməşqdəki klinikamda diş həkimi kimi çalışacam". Sizcə bu kimin fikridir? Bəli, Bəşər Əsəd belə deyib. Əlbəttə, Suriyanın fərqli müxalif qüvvələri də mələk deyillər, onlar da öldürürlər, ancaq əsl qətliamı Əsəd və onun başkəsənləri həyata keçirirlər. Yüz min insanın qətlinə "yaşıl işıq" yandırasan sonra da deyəsən ki, prezident seçilməsəm Suriyada diş həkimi olaraq çalışacam. Əsəd xəstənin dişini yox, başını yerindən qoparar" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00