Xocalı faciəsi CAR-da
21 Fevral 2013 12:51 SiyasətCari ilin 21 Fevral tarixində Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyi "Xocalı soyqırımı" faciəsinin 21-cü ildönümü ilə əlaqədar olaraq CAR dövlət və hökumət qurumlarına və CAR-da akkreditə edilmiş diplomatik və beynəlxalq nümayəndəliklərinə müvafiq məlumat (pres reliz) göndərmişdir.
Həmçinin, "Xocalı soyqırımı" faciəsi ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə Cənubi Afrika Respublikasında fəaliyyət göstərən "Azərbaycanın Afrika Dostları" adlı yerli qeyri hökumət təşkilatın internet səhifəsində "Xocalı soyqırımı"-na həsr edilmiş və bu hadisə haqda geniş məlumatlar, o cümlədən şəkillər və videomateriallar yerləşdirilmişdir. (səhifənin ünvanı: http://www.azerbaijan.org.za).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00