Stokholmda etiraz aksiyası keçiriləcək

Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı İsveçdə də bir sıra tədbirlər keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevgim deyib ki, faciənin 21-ci ildönümündə Stokholmda etiraz aksiyası təşkil olunacaq: "İsveçdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və cəmiyyətlər tərəfindən keçirilən aksiyaya bizim federasiya da yaxından dəstək verəcək. Aksiya müddətində ətrafdakı insanlara, eləcə də iştirakçılara ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən bukletlər, maarifləndirici xarakterli vərəqələr paylanacaq". Səttar Sevgim qeyd edib ki, Xocalı aksiyasına  İsveçdə fəaliyyət göstərən türk diaspor təşkilatları da dəstək verəcək.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00