Türkiyədə Xocalıdan danışıldı
Millət vəkili Qənirə Paşayeva Uşak Universitetində Xocalı Soyqırımı ilə bağlı konfransda gəncləri erməni yalanlarına qarşı mübarizədə fəal olmağa səslədi
21 Fevral 2013 12:04 SiyasətKonfransın təşkilatçılarından olan Sosial aktiviteler Klubunun təmsilçisi Ela Züngün açılış nitqində 1992-ci ilin fevral ayında ermənilərin Xocalıda bir soyqırım törətdiklərini dedi və dünyanın hər yerində yaşayan bütün türk gəncliyini Xocalı Soyqırımını unutmamağa, unutdurmamağa çalşmalarının vacibliyini söylədi. Tədbirdə iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışında bildirmişdi ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir. Ermənistan dövlət rəsmilərinin təkcə tarix qarşısında deyil, ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edən Qənirə Paşayeva bunları söylədi: "Xocalı soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı edilmiş bir cinayətdir. Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir. Ermənistan Azərbaycanın 20% torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur". Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.