Şimali Kiprdə Xocalı yürüşü keçiriləcək
20 Fevral 2013 18:03 SiyasətTURSAM Strateji Araşdırmalar Mərkəzi "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Şimali Kipr Türk Respublikasında silsilə tədbirlər keçirəcək. Mərkəzdən "OLAYLAR"-a daxil olan məlumata görə, Xocalı ilə bağlı ilk böyük tədbir Şimali Kipr Türk Cümhuriyyətinin Parlamentində təşkil olunacaq. Belə ki, fevralın 25-də ŞKTC Cümhuriyyət Məclisində "Xocalıya Ədalət" kampaniyası çərçivəsində sərgi-tərbir keçiriləcək. Şimali Kiprin millət vəkillərinin və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutacaq bu tədbir TURSAM-ın rəsmi tərəfdaşı olan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin dəstəyi ilə baş tutacaq və tədbirdə Xocalı soyqırımını əks etdirən afişalar, fotolar, kitablar, bukletlər, filmlər və video çarxlar nümayiş olunacaq. Növbəti tədbir isə 26 Fevral tarixində Şimali Kiprin paytaxtı Lefkoşa şəhərində keçiriləcək Qarabağ yürüşü olacaq. Bu yürüşdə də Xocalı ilə bağlı plakatlar nümayiş olunacaq.