Millət vəkilləri Türkiyəyə gedəcək
20 Fevral 2013 16:46 Siyasətİstanbul Türkiyə Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə "1992-ci il: Xocalı faciəsi" mövzusunda panel və fotosərgi təşkil ediləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, tədbirdə millət vəkilləri Sabir Rüstəmxanlı, Jalə Əliyeva, Elman Məmmədov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və digər qonaqların iştirakı nəzərdə tutulur. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın yaxın keçmişinin faciəli səhifələrindən biri olan Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə törədilmiş cinayət kimi qiymətləndirilməsi, bu cinayəti törədənlərin cəzalandırılması, azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımı aktı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır.