AMİP liderinə qarşı təxribat

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədova qarşı təxribat törədilib. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu deyib ki, AMİP liderinə qarşı təxribat Facebook sosial şəbəkəsində edilib. Belə ki, naməlum şəxs tərəfindən Etibar Məmmədov səhifəsi yaradılıb: "Məlumat üçün bildirik ki, Facebook sosial şəbəkəsindəki Etibar Məmmədov səhifəsinin AMİP lideri Etibar Məmmədova heç bir bağlılığı yoxudr. Etibar Məmmədov adı ilə yaradılan bu səhifə saxtadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00