ASİMDER Ərzurumda Xocalı fotosərgisi təşkil edəcək

Türkiyənin Ərzurum şəhərində Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi tərəfindən Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar fotosərgi açılacaq. Bu barədə "OLAYLAR"-a məlumat verən ASİMDER-in sədri Göksel Gülbey bildirib ki, fotoşəkillər Ərzurumun Cumhuriyet prospekti, Lalapaşa Məscidi yanında sərgilənəcək: "Sərgiyə gələnlərə Azərbaycanın Türkiyədəki səfirliyinin və Qarsdakı Baş konsulluğunun təqdim etdikləri CD-lər, kitablar, broşürlər paylanılacaq. Fevralın 25-də açılacaq sərgi iki gün davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00