İranın şovinist siyasəti əks effekt verir
Farslaşdırma baş tutmur, Güney Azərbaycanda Milli Hərəkat vüsət alır
20 Fevral 2013 15:15 Siyasətİran məktəblərində 6-cı sinif "Fars dili" dərsliyində dərc edilən şair Hədad Adilin "Ey, fars dili" şeirində Təbriz fars şəhəri kimi göstərilib. "Biz şagirdlərimizə necə deyək ki, sizin ana diliniz Tehran və Kabil kimi əhalisinin ana dili kimi farscadır? Axı Təbriz əhalisinin ana dili türkcədir!". Azərbaycanlı müəllimlər şeirə bu cür etiraz ediblər. Bu fars hakimiyyətinin İrandakı Azərbaycan türklərinə ilk qərəzi deyil. Farslar Rza şah Pəhləvidən başlayaraq Güney Azərbaycana qarşı sistemli şəkildə farslaşdırma siyasəti izləyir. Rza şahdan başlamış bütün fars rejimlərinin milliyyətçilik (paniranizm) siyasətinin ideoloji əsasında türkləri farslaşdırmaq hədəfi dayanır. Teokratik siyasətin bütün istiqamətlərini paniranist siyasət yanaşma tərzi müəyyən edir. Hakimiyyət dairələrinin ideologiyasının ana xəttində "İran farslar üçündür" anlayışı dayanır. Paniranist siyasətin əsas qurbanı Güney Azərbaycan və azərbaycanlılardır. Bu siyasətin ortaya atılması məhz Güney Azərbaycanın tamamilə farslaşdırılmasına yönəlib. Paniranizm - Azərbaycan dilini (türk dili) təhsil sistemindən, kütləvi nəşrlərdən, mədəniyyətdən, sosial, ictimai, siyasi sahələrdən tamamilə çıxarmağın adıdır. Texnokrat rejimin banilərindən biri Əli Xamneyinin şovinist siyasətinin mantiya qatı türkləri farslaşdırmaqdır. Teokratik rejimin türkləri farslaşdırmaq şiə oxu ilə həyata keçirilir. İranda şiəlik fars şovinizminin istiqamətini təyin edir. Azərbaycan türklərini farslar içərisində molla rejimi şiəliklə əridir. Tehran düşüncə tərzinə görə Azərbaycan türkləri sonralar Şərqi və Qərbi Azərbaycan ostalarına Mərkəzi Asiyadan köç etmiş ari dinin nümayəndələridir. İddialar fars şovinizminin maska altında gizlənmiş iyrənc simasıdır. Rejim azərbaycanlıları farslaşdırmaq üçün ilk növbədə onları əhəmiyyətli dövlət vəzifələrinə çəkirlər. Hətta, İranın ali dini lideri Xamneyi əslən Azərbaycan türküdür. Ermənilər və farslar türklərə qarşı qərəzdə müəyyən məsələlərdə ortaq xarakterlərə mailkdirlər. Ermənilər doğulan körpənin qulağına "türk sənin düşmənindir" sözünü pıçıldadıqları kimi İranda da azyaşlı uşaqlara ilk növbədə fars dilini öyrədilər. Artıq, böyük bir tarixdir ki, türk dili (Azərbaycan) İranda rəsmi dil kimi qəbul edilmir. Azərbaycan mədəniyyəti ilə müqayisədə kiçik fars mədəniyyəti türklərə "böyüklük mücəssəməsi" kimi təqdim edilir. Teokratik hakimiyyətin farslaşdırma siyasətinin əsasən Urmiya və Təbrizdən başlamasının simvolik mənası var. Təbriz tarixdən də məlum olduğu kimi inqilablar şəhəri olaraq tanınır. Orta əsrlərdə imperialist güclərə, müasir dövrdə isə fars rejiminə qarşı bütün inqilablar Təbrizdən başlayıb. Urmiyada isə Azərbaycan türklərinin qeyri-millətlərə nisbəti az qala 100 faizdir. Faktoru nəzərə alan şovinist hakimiyyət 1976-cı ildən başlayaraq Urmiya gölünün ətrafını kiçiltməyə başlayıb. Gölün həcmi son 37 il ərzində 90 faiz kiçildilib. Gölün qurumaq siqnalını verən hakimiyyət bölgədə yaşayan azərbaycanlıları fars ərazilərinə köçürür. Çox maraqlıdır ki, hakim dairələr türk (Azərbaycan) ailələrini müxtəlif istiqamətlərdə paylayır. Rejimin əsil məqsədi azərbaycanlıları kompakt yaşadığı ərazilərdən dağıtmaq, onların fars mədəniyyətinə inteqrasiyasına nail olmaqdır. Hələ 1993-cü ildə Güney Azərbaycanı bölərək yerində başqa fars adlı əyalət yaradılmasına cəh edilmişdi. Lakin, türklərin kütləvi etirazından sonra İran hakimiyyəti son anda riskli qərarı rədd etmişdi. İran əhalisinin 66.16 faizini (43 milyon) Azərbaycan türkləri təşkil edir. 43 milyonluq bir millət 89 ildir ki, teokratik rejim tərəfindən assimiliyasiyaya məruz qalır.
ABŞ-ın planları baş tutarsa, Azərbaycanın quzeyli ilə Güneyi birləşəcək. Nəticə etibarilə Dağlıq Qarabağ Birləşmiş Azərbaycan Dövlətinə (ABD) birləşəcək, Naxçıvanla Azərbaycan arasında sərhəd olmayacaq. Ən əsası Birləşmiş Azərbaycan Dövlətinin (ABD) yaradılması Böyük Turanın böyük bir hissəsinin qurulması olacaq. İranda türklərə qarşı aparılan sistemli farslaşdırma siyasətinə baxmayaraq Güney Azərbaycanda Milli Hərəkat alovlanır. Molla rejiminin türklərə qarşı radikal mövqedən yanaşmsı əksinə, türk millətçiliyini sürətləndirib. Artıq Güney Azərbaycan adına yaradılmış onlarla siyasi təşkilat (GAMOH və s.) istiqlaliyyət uğrunda geniş fəaliyyət aparır. Bunun məntiqi nəticəi kimi artıq ABŞ Konqresi Güney Azərbaycan məsələsini müzakirə masasına yatırmağa hazırlaşır. Artıq 43 milyonluq "Mən Türkəm" deyən millət "Qalx!" əmrilə farsı ayaqları altında əzərək haqqı olanı qazanacaq.
Mənsur Rəğbətoğlu