Xəzər Teyyublu “Demokratik Birlik” fraksiyasını inkar etdi
“KXCP-də fraksiya ilə bağlı məsələ ümumiyyətlə müzakirə edilmir”
20 Fevral 2013 14:41 SiyasətKXCP sədrinin müavini Bəybala Əbilin mətbuata verdiyi açıqlamada fraksiyaçıları qeyri-ciddi adlandırması "Demokratik Birlik" fraksiyasının ciddi narazılığına səbəb olmuşdu. B.Əbilin ardından mətbuata açıqlama verən fraksiya sədri Qaya Əliyev KXCP-ın ünvanına kəskin ifadələr işlətmişdi. Məsələyə münasibət bildirən KXCP sədrinin müavini Xəzər Teyyublunun sözlərinə görə KXCP daxilində "Demokratik Birlik" adlı fraksiya yoxdur: "Partiya bu gün yalnız bir məsələ - KXCP sədri Mirmahmud Mirəlioğlunun namizədliyinin irəli sürülməsi işlərilə məşğuldur. Mətbuatda KXCP-nin əleyhinə müxtəlif formalarda yazılar çap olunur, bəzi jurnalistlər bu sitiqamətdə səylər göstərirlər. KXCP-də fraksiya ilə bağlı məsələ ümumiyyətlə müzakirə edilmir, zamanında bu məsələyə münasibət bildirilib. Bir müddət qabaq biz Mirmahmud Mirəlioğlunun namizədliyini irəli sürmək fikrini irəli sürdüyümüzə görə fraksiyadan bir neçə adam buna etiraz etdi və məsələ tezliklə də qapandı. KXCP yalnız öz işlərilə və seçkiyə hazırlıqlarla məşğuldur" ("OLAYLAR" İA)